Gündəlik Arxivlər: Mart 22, 2022

Azərbaycan səfiri İran məclisinin erməni deputatlarına sərt cavab verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan səfiri Əli Əlizadə İran məclisinin erməni deputatlarına sərt cavab verib. Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni deputatının etiraz etməsinə münasibət bildirib. Bu barədə Azərbaycan səfiri özünün “Twitter” hesabında …

Ətraflı oxu »

İranın əlaltıları Təbrizdə Orta Şərqin ən böyük Karikatura muzeyinin axırına çıxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin əlaltıları Təbrizdə Orta Şərqin ən böyük Karikatura muzeyinin axırına çıxdılar. Artıq Təbriz bələdiyyəsi muzeyin eksponatlarını yerləşdiyi binadan çıxarıb. Bələdiyyə idarəsinin göstərişi ilə dəyərli sənət əsərləri qanunsuz olaraq muzeydən çıxarılaraq anbarlara daşınıb. Karikatura Muzeyinin iki dövlət qurumunun arasında olan ixtilafların qurbanına çevrildiyi …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 15300 hərbçisi və 99 təyyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Rusiyanın müharibə başladığı gündən indiyə qədər olan itkiləri haqda məlumatı yeniləyib. Ukrayna Müdafiə Nazirliyi artıq Rusiyanın 15300-ə yaxın hərbçisini məhv edildiyini bildirib. Qeyd edilib ki, 21 mart gecə saatlarına qədər olan məlumata görə, Rusiya 509 tank, 1556 hərbi zirehli maşın, 252 …

Ətraflı oxu »

Ərdəbilin mərkəzi küçəsində baner: “Türk dili rəsmi olsun”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar üzərində “Türk dili rəsmi olsun” şüarı yazılmış banner asıblar. Həmin bannerin asılması həmçinin İran televiziyasında Azərbaycan rəqsinə qarşı senzura tətbiq edilməsinə etiraz kimi dəyərləndirilir. Belə ki, bir qrup azərbaycanlı milli-mədəni fəal martın 20-də Ərdəbil şəhərində İran televiziyasında Azərbaycan rəqsi və …

Ətraflı oxu »

Ukrayna bir gündə Rusiyanın daha 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, və14 tankını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb. Nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb. “Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı …

Ətraflı oxu »

İran rejiminin məmurları yenidən Təbrizdə Əziz Purvəlinin məzar daşını sındırıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları yenidən tanınmış azərbaycanlı milli fəal mərhum Əziz Purvəli Təbrizin Vadirəhmət qəbristanlığındakı məzarının daşını sındırıblar. Bununla bağlı mərhumun ailəsinin yaydığı açıqlamada deyilir: “Belə bir çirkin əməlin baş verməsi Azərbaycanın böyük xalqının istibdad və müstəmləkəçiliyə nifrətini dahada artıracağı şübhəsizdir”. Qeyd edək ki, …

Ətraflı oxu »