Gündəlik Arxivlər: Mart 29, 2022

Azərbaycanı nüvə ilə təhdid edən rusiyalı deputat üzr istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.  “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı zamanı “Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik” deyən deputat bu sözlərinə görə peşman olub. Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edib və …

Ətraflı oxu »

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin bildirisi

GADTB: Dəyərli Azərbaycan Türk Milləti! Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkətına mənsub 9 təşkilatın birgə təşəbbüsü ilə 17.7. 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi fəaliyyətə başlayıb. Bu qurumun yaradılmasının əsas məqsədi milli hərəkatla ilgili ortaq məşvərət və müzakirələr aparmaq, Güney Azərbaycanla bağlı aparılan fəaliyyətlərə birlikdə dəstək vermək, …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Ərdəbildə ana dilində təhsil tələbilə banner quraşdırdılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 28-də azərbaycanlı milli-mədəni fəallar üzərində “Hanı mənim ana dilim” şüarı yazılmış banner asıblar. Həmin bannerin asılması həmçinin İran televiziyasında Azərbaycan rəqsinə qarşı senzura tətbiq edilməsinə etiraz kimi dəyərləndirilir. Belə ki, bir qrup azərbaycanlı milli-mədəni fəal martın 28-də Ərdəbil şəhərində İran televiziyasında Azərbaycan …

Ətraflı oxu »

Azərbaycan Xarici İşlər Naziri Ermənistanın yalan iddialarına sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir”. Bunu Azərbaycan …

Ətraflı oxu »

İran rejimi azərbaycanlı əsgəri qeyri-müəyyən vəziyyətdə Təbrizdəki zindanda həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan Əkbər Hüseyni İranın Təbrizdəki zindanının hərbi bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Məhbusun ağır fiziki durumda olduğu, müxtəlif xəstəliklərə yoluxmasına baxmayaraq zaminə buraxılmayıb. Bildirlir ki, azərbaycanlı əsgər imkansızlıq üzündən vəsiqəni təmin edə bilmədiyi üçün zaminə buraxılmayıb. Əkbər Hüseyninin 2021-ci …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 17200 hərbçisi və çox sayda təyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 33-cü günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, fevralın 24-dən martın 27-nə qədər düşmənin 17.200-dən çox əsgəri, 597 tankı, 1710 hərbi zirehli maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəş …

Ətraflı oxu »

İran məhkəməsi azərbaycanlı fəal Yusif Sələhşuru həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur barədə yeni hökm çıxarıb. Rejimin məhkəməsi azərbaycanlı milli fəalı 1 il həbs cəzasına məhkum etməklə yanaşı onun sosial şəbəkələrdə fəaliyyəti və ölkədən çıxmasına 2 il müddətinə qadağa qoyub. Qərar İnqilab Məhkəməsinin 2-cü …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Əkbər Nəimi və Tohid Əmirəmini barədə “Radiofərda”ya müsahibə- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpur Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusların durumu barədə “Radiofərda”ya müsahibə verib. Həkkakpur müsahibəsində Evin zindanın 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Əkbər Nəimi və Tohid Əmir Əminiyə qarşı İranın ETTELAAT İdarəsinin basqıları, onların qanunda …

Ətraflı oxu »

Rusiya ordusu Xersonda 60 kilometr geri oturduldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,”Rusiya qoşunları Krivoy Roq yaxınlaşanda sadəcə dayandırılmadılar, şəhərdən 40-60 km geri çəkildilər”. Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr məlumat verib. “Düşmən bütün istiqamətlərdə nəinki dayandırılıb, əksinə geri çəkilib. O, şəhərin ucqarlarındadır. Bu gün Xerson vilayətinin daha bir neçə yaşayış məntəqəsi azad edilib …

Ətraflı oxu »