Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejiminin məmurları yenidən Təbrizdə Əziz Purvəlinin məzar daşını sındırıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları yenidən tanınmış azərbaycanlı milli fəal mərhum Əziz Purvəli Təbrizin Vadirəhmət qəbristanlığındakı məzarının daşını sındırıblar.

Bununla bağlı mərhumun ailəsinin yaydığı açıqlamada deyilir: “Belə bir çirkin əməlin baş verməsi Azərbaycanın böyük xalqının istibdad və müstəmləkəçiliyə nifrətini dahada artıracağı şübhəsizdir”.

Qeyd edək ki, irqçi fars rejimin məmurları keçən il isə tanınmış azərbaycanlı fəal mərhum Əziz Purvəlinin məzardaşını sökmüşdülər.

Rejimin məmurlarının məzar daşını sökməsi daşın üzərində türkcə şeirin yazılması idi. Sökülən məzar daşının üzərində Azərbaycan türkcəsində yazılmışdı: Sahibsiz olan məmləkətin batması haqdır

Biz sahib olursaq bu vətən batmayacaqdır.

Qeyd edək ki, Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında dəfn edilib. Azərbaycanlı fəal Azərbaycan türk millətinin hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə həbsə və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …