Gündəlik Arxivlər: Mart 30, 2022

“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək. Martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi keçirildi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının iclasında ölkələri təmsil edən …

Ətraflı oxu »

Ermənistanın “Su-30” oyunu: Suriyadan əvəzində qırıcılar gətirilib – Video

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərdiyi döyüş təyyarələri və pilotları beynəlxalq mətbuatda əks-səda doğurublar. Rusiyaya hərbi dəstək ortaya çıxandan sonra İrəvan bu təyyarələrin əvəzinə Suriyadan təyyarələr gətirib. Bu barədə “Haber Global” xəbər yayıb. Saytın məlumatına görə, “Su-30” tipli dörd döyüş təyyarəsi …

Ətraflı oxu »

Beynəlxalq Əfv Təşkilatı: İbrahim Rəisi 1988-ci il qətliamına görə məsuliyyətə cəlb olunmaq əvəzinə prezident oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının son hesabatında qeyd olunub ki, İran prezidenti İbrahim Rəisi 1988-ci il edamları ilə bağlı istintaqa cəlb edilmək əvəzinə prezident olub. Təşkilatın martın 29-da dərc edilən son raporunda Rəisinin başçılığı altında 1988-ci il edamları xüsusilə vurğulanıb. 154 ölkədə insan haqlarının vəziyyətini …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 17300 hərbçisi və yüzlərlə təyyarə və texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 35-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, fevralın 24-dən martın 30-na qədər düşmənin 17.300-dən çox əsgəri, 605 tankı, 1723 hərbi zirehli maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəş …

Ətraflı oxu »

Rus qüvvələri Fərrux istiqamətinə toplanır

Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib. Bu haqda xəbəri Azadlıq Radiosunun erməni xidməti yayıb. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram kanalına istinadən yayılan xəbərə görə, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir. Sayt iddia edir ki, bugünlərdə çəkiliş qrupu Fərrux kəndinin …

Ətraflı oxu »

İran rejimi 4 ildir Atalay adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycandakı Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Təbriz bölməsi 4 ildir Atalay adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir. Bununla bağlı Atalayın atası Əli Aslani məlumat paylaşaraq bildirib ki, buna səbəb kimi adın türk mənşəli olmasını əsas gətiriblər. Əli Aslani deyib ki, doğum …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibətilə bildirişi

GADTB: Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan Türk Millətinin başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Rusiyanın himayəsi altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. …

Ətraflı oxu »

Türkiyə və Özbəkistan arasında 10 əməkdaşlıq müqaviləsi imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Daşkənddə keçirilən Türkiyə-Özbəkistan danışıqları nəticəsində iki türk dövləti arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daşkənddə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransı zamanı deyib. R.T.Ərdoğan bildirib ki, Daşkəndə səfər zamanı Türkiyə və Özbəkistan arasında müxtəlif …

Ətraflı oxu »