Aylıq Arxivlər: Dekabr 2023

Təbriz səmasında “Traxtur” bayrağı dalğalandı – Video

Şərqi Azərbaycanın iki yamac paraşütçüsü – Haşım Rəşidi və Rəsul Purabbas Güney Azərbaycanın məşhur futbol komandası “Traxtur”un bayrağını göyə qaldırıblar. Bu barədə yerli sosial media kanallarında paylaşım edilib. Yamac paraşütçüləri Təbrizin şimal-şərqində, Şibili bölgəsində yerləşən Təkaltı dağı üzərindən başlatdıqları uçuş “Traxtur” fan klubu tərəfindən qeydə alınıb. “Traxtur”çular bunun son vaxtlar …

Ətraflı oxu »

Güney Azərbaycanda milli tələblər və milli fəallara azadlıq tələbilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində milli tələblər və milli fəallara azadlıq tələbilə bağlı aksiya keçirilib. Bir qrup azərbaycanlı fəal Ərdəbildə türk millətinin tələblərinə və Güney Azərbaycanda fəalların həbs və işgəncələrə məruz qalmasına etiraz olaraq divarlara şüarlar yazıblar. Azərbaycanlı fəallar divarlara aşağıdakı şüarları yazıblar: “Azadlıq, …

Ətraflı oxu »

Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalları Təbrizin Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz olaraq keçiriblər. Azərbaycanlı fəallar bunun üçün Eynalı dağında böyük plakatlar qaldırıblar. Azərbaycanlı fəalar üzərində “# Nəfəs_Su_Torpaq” və “#Urmu_Araz_üçün_Birlik” yazılmış plakat qaldırarq əhalinin diqqətini qurudulan Urmiya gölü fəlakətinə cəlb etmək istəyiblər. …

Ətraflı oxu »

Azərbaycan Milli Hərəkatı fəalları Murtəza Nurməhəmmədi Nadarlı ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dekabrın 8-də rejimin Təbrizdəki Həbsxanasından yenicə azad edilmiş milli fəal Murtəza Nurməhəmmədi Nadarlının evinə gedərək, onunla görüşüblər. Bu görüşdə Azərbaycanın keçmiş siyasi məhbusları, o cümlədən Tohid Əmirəmini və Yusif Kari də iştirak edirdi. Qeyd edək ki, azərbaycanlı …

Ətraflı oxu »

İlham Əliyev “Avronyus” televiziyasına müsahibə verdi

GADTB: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Avronyus”da yayımlanıb. Həmin müsahibənin tam variantını təqdim edirik: Müxbir: Salam cənab Prezident. Prezident İlham Əliyev: Salam. Müxbir: Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi …

Ətraflı oxu »

“Ana Dili – Azərbaycan Məktəbi” onlayn dərs layihəsinə növbəti qeydiyyat başlayıb

GADTB: Distant dərslərə qoşulanlar həftədə 2 dəfə peşakar müəllimlərlə Azərbaycan türkcəsinə yiyələnəcəklər.  Qeyd edək ki, sentyabr ayında qeydiyyat başlayandan bəri 29 müxtəlif ölkədən 600-ə yaxın insan layihədə iştirak etmək üçün qeydiyyatdan keçib. Həmçinin 6 yaşdan 18 yaşa qədər ümumilikdə 35 qrupda 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb. Qruplar layihə …

Ətraflı oxu »

“Bayraktar TB3” 11-ci uçuş sınağını uğurla başa vurdu

GADTB: “Bayraktar TB3”ün qabiliyyətləri bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilikdir “Bayraktar TB3” SİHA – silahlı pilotsuz uçuş aparatı 11-ci uçuş sınağını uğurla başa vurdu.  “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial media hesabında etdiyi paylaşımda “Bayraktar TB3” SİHA-nın Sistem Performans Testi çərçivəsində 6 saat havada qaldığını və …

Ətraflı oxu »

Marağada bələdiyyə işçiləri etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçiriblər. İşçilər işi dayandıraraq bələdiyyə binasının qarşısına toplaşıblar. İşçilər uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına, əmək haqlarının ödənilməməsinə etiraz ediblər. Azərbaycanlı işçilər aylardır Marağa bələdiyyəsinə başçı təyinatının problemə çevrildiyini, bunun əziyyətini işçilərin çəkdiyini deyiblər. Qeyd edək …

Ətraflı oxu »

Türk Dövlətləri Təşkilatı Bakı və İrəvanın birgə bəyanatını alqışladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb. Bu barədə TDT məlumat yayıb. “Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, – məlumatda bildirilib. Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və …

Ətraflı oxu »

Muğanda Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə vərəqələr paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan (Parsabad) şəhərində Azərbaycan Milli Hərəkatının fəalları 21 dekabr (12 dekabr) – Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə vərəqələr paylayıblar. Azərbaycanlı fəalların yaydığı vərəqələrdə Azərbaycan türklərinin həmin dövrdə öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan milli hökumətinin hakimiyyətinin bir ilində xidmətləri, ana …

Ətraflı oxu »