Aylıq Arxivlər: Aprel 2025

Molla rejimi Trampın istəyi ilə razılaşdığı üçün müzakirənin davam edəcəyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hakimiyyətini qorumaq üçün Trampın istəkləri ilə razılaşır. Artıq müzakirənin davam edəcəyi bildirilir. Eyni zamanda İran uranın zənginləşdirilməsi sahəsində 2015-ci ildə qəbul edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan səviyyəyə qayıda bilər. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat …

Ətraflı oxu »

Ermənistandan İrana enerji ötürən üçüncü elektrik xətti istifadəyə veriləcək

GADTB: Ermənistandan İrana enerji ötürən üçüncü elektrik xətti istifadəyə veriləcək. Bu haqda İranın Ermənistandakı səfiri Mehdi Sübhani açıqlama verib. İSNA-nın məlumatına görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu gün Noravan şəhərinə səfər edib və Ermənistan-İran elektrik enerjisinin nəqli layihəsinin üçüncü xəttinin 400 kV-luq yarımstansiyasına baxış keçirib. İran səfiri yarımstansiyada işlərin …

Ətraflı oxu »

Mərənddə torpaq çökməsi əmələ gəlib

GADTB: Güney Azərbaycanın Mərənd şəhəri ətrafında yenidən torpaq çölkməsi qeydə alınıb. Ekoloji problem Mərəndin 15 kilometrliyində yerləşən Mərkid kəndi ətrafında baş verib. 18,9 santimetr torpaq çökməsi ilə Mərənd Şərqi Azərbaycan əyalətinin digər bölgələri arasında ən yüksək çökmə səviyyəsinə malikdir. Ekoloqların sözlərinə görə, yeraltı su ehtiyatlarının həddindən artıq çıxarılması sulu təbəqələrdə …

Ətraflı oxu »

Ceyhun Bayramov: Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır

GADTB: Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır. Cənubi Qafqazda regional əməkdaşlıq müzakirələri Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavabında deyib. Konstitusiya iddiaları …

Ətraflı oxu »

Molla rejimi Bəhnam Şeyxini Məscid Süleymanda sürgün cəzasını çəkməsinə baxmayaraq, cərimə cəzasına məhkum edib

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi Əhvaz vilayətindəki Məscid Süleymana sürgün cəzasının iki ilini çəkməsinə baxmayaraq, Tehranın Gülüstan Şəhər Məhkəməsi tərəfindən 200 milyon rial cərimə ödəməyə məhkum edilib. Azərbaycanlı fəal Behnam Şeyxi İnstaqram hesabında bu barədə yazıb: “İki il Məscid Süleyman şəhərində sürgündə olmağıma baxmayaraq, Tehranın Gülüstan şəhərinin hökmlərinin …

Ətraflı oxu »

Yəzdin tərbiyəsiz tamaşaçılarının vəhşiliyi qarşısında Traxtur oyunu 2-2 hesabı ilə başa vurub

GADTB: Dünən Güney Azərbaycanın “Traxtur” komandası İran çempionatında növbəti qarşılaşmada Yəzdin tərbiyəsiz tamaşaçılarının vəhşiliyi qarşısında oyunu 2-2 hesabı ilə başa vursa da turnir cədvəlində liderliyini qoruyub saxlaya bilib. Traxtur komandası 25-ci turun oyununda yerli vaxtla saat 17-45-də Yəzdin Nəsiri stadionunda Ərdəkanın “Çadirmlu” komandası ilə keçirdiyi görüşü 2:2 hesabı ilə başa …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəal ETTELAAT-a çağırıb

GADTB: İrqçi fars-molla rejimi Salmas şəhər sakini olan azərbaycanlı milli fəal Murtıza Əhmədini dindirilmək üçün ETTELAAT-a çağırıb. Əhmədi qeyri-qanuni çağırışlara, hədə-qorxulara, alçaldılmalara, hətta onlarla dəfə evində axtarışa məruz qaldığını açıq şəkildə bəyan edib və bildirib ki, bu dəfə qeyri-qanuni proseslərə müqavimət göstərmək qərarına gəlib. O, digər fəalları da susqunluqlarını pozmağa, …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “ABŞ İranı vuracaqmı – Omanda kritik danışıqlar” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “ABŞ İranı vuracaqmı – Omanda kritik danışıqlar” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında ABŞ-la İran arasında Omanda görüşün keçiriləcəyi, ABŞ-ın nüvə praoqramı ilə yanaşı digər tələblərinin …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin İranın Azərbaycan sərhədində Ermənistanla hərbi təlim keçirməsi, irqçi fars-molla rejiminin …

Ətraflı oxu »

Molla rejimi Amerikanın qarşısında geri çəkilməkdə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi addım-aadım Amerikanın qarşısında geri çəkilməkdədir. İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançini bildirib ki, Əgər Amerikanın tək tələbi İrandan nüvə silahı istehsalından imtina etmək olsa, Omandakı danışıqlarda asanlıqla razılığa gələ bilərlər. “Amerikalılar deyirlər ki, İranda nüvə silahı …

Ətraflı oxu »