Gündəlik Arxivlər: Dekabr 22, 2025

Suriyada SEPAH-ın bazası aşkarlandı

GADTB: Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli “İmam Əli” bazası aşkarlanıb. Bu haqda Suriyanın hərbi məlumatlar yayan “Qəle-yi Əlməziq” sosial media kanalı məlumat və video paylaşıb. Bildirilib ki, 7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza, Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb. “Sepah və İrana bağlı “Fatemiyun” briqadası, İraq sərhədi …

Ətraflı oxu »

Həmədanda «Fulad Rad» zavodu işçiləri 6 dərəcə şaxtada qazın kəsilməsinə etiraz edir- Video

GADTB: Bazar günü 30 azər tarixində Həmədanda fəaliyyət göstərən «Fulad Rad» polad zavodunun işçiləri, bu sənaye müəssisəsinin Qaz Şirkəti tərəfindən qazının kəsilməsinə etiraz olaraq tətilə başlayıblar. Yerli mənbələrin bildirdiyinə görə, zavodun qaz təchizatı hava temperaturunun təxminən −6 dərəcəyə düşdüyü bir vaxtda dayandırılıb. Bu addım zavodun istehsal fəaliyyətini iflic vəziyyətinə salmaqla …

Ətraflı oxu »

İsrail ABŞ Prezidenti Donald Trampla İrana hücum barədə müzakirə aparır

GADTB: İsrail ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hücumu dəstəkləməyə inandırmaq məqsədi ilə əhatəli kəşfiyyat dosyesi hazırlayıb. bu barədə “İsrail Hayom” məlumat yayıb. “Sənəddə Tehranın nüvə və ballistik raket proqramlarını yenidən qurmaq üçün davam edən cəhdləri, eləcə də regiondakı proksi qrupları silahlandırmaq səyləri barədə məlumatlar toplanıb”, – məlumatda deyilib. …

Ətraflı oxu »

Sayınqalada Çillə Gecəsi mərasiminin keçirildiyi məkan möhürləndi – Azərbaycan türklərinin mədəni kimliyinə qarşı basqılar davam edir

GADTB: Azərbaycanlı sənədli film rejissoru və müstəqil jurnalist Məhəmməd Əlimuradi yaydığı video ilə Sayınqala (Şahindej) şəhərində Çillə Gecəsi mərasiminin keçirildiyi məkanın möhürlənməsini ictimailəşdirib və bununla da İran rejiminin Azərbaycan türk millətinin mədəni kimliyinə qarşı repressiv siyasətinin davam etdiyini diqqətə çatdırıb. Bu məqsədli siyasətlərin davamı olaraq, İran İslam Respublikasının asayiş qüvvələri …

Ətraflı oxu »

Azərbaycanlı fəal Cavad Fəthlunun həbs cəzasına məhkum edildi

GADTB: Xoy şəhərindən olan siyasi fəal Cavad Fəthlu şənbə günü, 29 azər tarixində İran İslam Respublikası məhkəmə orqanının qərarı ilə 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Məlumata görə, bu siyasi fəal son dövrlərdə baş vermiş 12 günlük müharibə zamanı İran İslam Respublikasının xarici siyasətini öz Instagram səhifəsində tənqid edib. …

Ətraflı oxu »

Təbrizdə İnqilab Məhkəməsi üç azərbaycanlı fəalı 12 il 9 ay həbs cəzasına məhkum etdi

GADTB: Azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hökmü ilə ümumilikdə 12 il 9 ay müddətinə təzyiri həbs cəzasına məhkum ediliblər. 18 azər 1404-cü il tarixli bildirişə əsasən, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hakimi Rza Əbdi hər üç fəalı “daxili və xarici təhlükəsizliyə …

Ətraflı oxu »

ABŞ: “İran bölgədəki yaraqlılara silah qaçaqmalçılığını dayandırmır”

GADTB: Adı açıqlanmayan ABŞ rəsmisi “Əl-Ərəbiyyə” kanalına bildirib ki, İran regiondakı yaraqlılara silah qaçaqmalçılığını davam etdirir. Onun sözlərinə görə, Tehran bu məqsədlə quru marşrutları, dəniz limanları və sahil xətlərindən istifadə edir və bu, illərdir tətbiq olunan üsuldur. Məlumata əsasən, son iki ildə İran və regional müttəfiqləri ciddi itkilər verib: Suriyada …

Ətraflı oxu »