Gündəlik Arxivlər: Dekabr 23, 2025

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Türk TV”-də “Türkiyə və Azərbaycana yeni təhlükə gəlir” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Rusiyanın bütün bölgə və dünya üçün təhlükə yaratması, artıq Qaradənizdə Türkiyə gəmilərini …

Ətraflı oxu »

Türkcə adlara qadağa səbəbindən şəxsiyyət vəsiqəsiz qalan azərbaycanlı uşaqlar

GADTB: İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi valideynlərin övladlarına türkcə ad seçməsinə qadağa nəticəsində hər gün çoxsaylı ailələr bu hüquqdan məhrum edilir. Bu ayrı-seçkilik uşaqların şəxsiyyət vəsiqəsi ala bilməməsinə, nəticə etibarilə isə sığorta, səhiyyə və müalicə xidmətlərindən yararlana bilməməsinə səbəb olur. Həmçinin işləyən anaların analıq məzuniyyətindən məhrum edilməsi, sosial yardımların …

Ətraflı oxu »

Qaşqayların tanınmış simalarından Firəngiz Bibi Kəşkuli ilə möhtəşəm vida mərasimi keçirilib

GADTB: Bazar günü günorta saatlarında Şiraz şəhərində Qaşqayların tanınmış simalarından biri, Dariyuş xan Bahadurı Qaşqayının həyat yoldaşı Firəngiz Bibi Kəşkülinin nəşi ilə möhtəşəm vida mərasimi təşkil olunub. Mərasimdə geniş ictimaiyyət, el ağsaqqalları və bir qrup sənət adamı iştirak edib və bu tədbir Qaşqaylar arasında sosial həmrəyliyin nadir nümunəsini nümayiş etdirib. …

Ətraflı oxu »

Təbrizin Səhənd stadionunda “Nə mutlu türküm deyənə” plakatı dalğalandı- Video

GADTB: 1 Dey 1404-cü il tarixində Asiya Elit Liqası çərçivəsində keçirilən Güney Azərbaycanın “Traxtur” –Qətərin “Əl-Duhail” komandalarının oyunu zamanı “Traxtur” komandasının azarkeşləri Təbrizin Səhənd stadionunda “Nə mutlu türküm deyənə” yazılmış plakat qaldırıblar. Sözügedən plakat Orxon və latın əlifbalarında hazırlanaraq tribunalarda dalğalandırılıb. “Asiya” qarşılaşması zamanı “Traxtur” Azərbaycan və “Əl-Duhail” Qətər komandaları …

Ətraflı oxu »

BMT İranla bağlı iclas keçirəcək

GADTB: BMT Təhlükəsizlik Şurası (TŞ) İranın nüvə proqramı ilə bağlı xüsusi iclas keçirməyə hazırlaşır. Bununla bağlı, “Tasnim News” agentliyi BBC telekanalına istinadla xəbər verir. Məlumata görə, iclasda İranın nüvə fəaliyyəti ətrafında yaranmış son vəziyyət müzakirə olunacaq. BBC qeyd edir ki, bu proses İsrailin baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ …

Ətraflı oxu »

Təbrizin Səhənd stadionunda faşizmə qarşı siyasi mövqe; “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarı – Video

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol klubunun azarkeşləri “Traxtur”–“Əl-Duhail” oyunu zamanı siyasi şüarlar səsləndirərək faşizmə və repressiv siyasətlərə qarşı açıq mövqelərini ifadə ediblər. Qarşılaşma zamanı Təbrizin Səhənd stadionunda “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarı səsləndirilib. Bu şüar 1325-ci ilin 21 azər hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin xatırladılması və Pəhləvi rejiminin …

Ətraflı oxu »

“Traxtur” Çempionlar Liqasında Qətərin “Əl-Duhail” komandasına qalib gəldi

GADTB: “Traxtur” Asiya Çempionlar Liqasının əsas mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb. Təbriz komandası öz meydanında Qətərin “Əl-Duhail” klubu ilə qarşılaşıb. İlk hissədən sonra hesabda geridə olsa da, “Traxtur” fasilədən sonra geridönüş edərək əzmkar qələbə qazanıb: 2-1. Bu nəticə ilə “Traxtur” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə sayəsində …

Ətraflı oxu »