GADTB: Bu gün İtaliya Beynəlxalq Siyasət Araşdırmaları İnstitutu (ISPI) yaydığı hesabatda İranın nüvə proqramında istiqamət dəyişikliyi müşahidə olunduğunu bildirib. Hesabata görə, Tehran nüvə fəaliyyətlərini raketlərdə daşına bilən kompakt nüvə başlıqlarının hazırlanmasına yönəltməyə çalışır. Sənəddə qeyd olunur ki, İranla İsrail arasında baş verən 12 günlük müharibədən sonra Tehranın çəkindirmə hesablamaları dəyişib …
Ətraflı oxu »Gündəlik Arxivlər: Dekabr 24, 2025
Zərəşuran Qızıl Mədənində işçilərin tətili davam edir
GADTB: Güney Azərbaycanın Tikantəpə (Tekab) məntəqəsində yerləşən Zərəşuran qızıl mədənində işçilərin tətili 11-ci gününə qədəm qoyub. Buna baxmayaraq, məsul qurumlar indiyədək işçilərin haqlı tələblərinə heç bir reaksiya verməyiblər. Mədən işçiləri əməkhaqlarının və sosial təminatların yaxşılaşdırılması, ədalətli maaş ödənişi və ayrı-seçkiliyin aradan qaldırılması tələbləri ilə etirazlarını davam etdirirlər. Lakin bu etirazlar …
Ətraflı oxu »Azərbaycanlı gənclərdən maraqlı şüarlar-Video
GADTB: Kimlik nə satılan, nə də göstərişlə dəyişdirilən bir anlayışdır. Aşağıdakı misralar məhz bu həqiqəti ifadə edir: “Mənə dedilər: dinmə! Pul al, ölkəni pislə!! Amma bu dəli könlüm Azərbaycanı istəyir.” Bu sözlərdə artıq pulun və məcburiyyətin məntiqi keçərli deyil. Könül öz yolunu seçir. Kimlik insanın daxilindən gələn, dilə, mədəniyyətə və …
Ətraflı oxu »Azərbaycanlı siyasi məhbus Ərdəbil həbsxanasına köçürülüb
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Babək Dadbəxş Ərdəbil həbsxanasına köçürülüb. Məhbusun ailəsinin verdiyi məlumata görə, Babək Dadbəxş dekabrın 21-də Tehrandan Ərdəbilə gətirilib. Qeyd edək ki, molla rejimin məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər. “Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə …
Ətraflı oxu »Mahmud Ocaqlu məzuniyyətdən məhrum edilib
GADTB: Evin həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı fəal Mahmud Ocaqlo, dəfələrlə (üç dəfədən çox) müraciət etməsinə baxmayaraq, hələ də məzuniyyət hüququndan məhrum edilir. Məlumatlı mənbələrin bildirdiyinə görə, onun həyat yoldaşının Evin həbsxanasına etdiyi müraciət zamanı həbsxana rəsmilərindən biri qeyd edib ki, məzuniyyətlə bağlı qərar “iş üzrə ekspertin”, yəni təhlükəsizlik–kəşfiyyat qurumlarının …
Ətraflı oxu »İbrahim Asimani Təbriz Mərkəzi Həbsxanasına köçürüldü
GADTB: Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Asimani çərşənbə axşamı 2 Dey 1404 tarixində, həbs olunmasından üç həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Bu milli fəalın hansı bölməyə yerləşdirildiyi barədə dəqiq məlumat yoxdur. Lakin əvvəlki təcrübələrə əsasən, onun Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürülməsi ehtimal olunur. Asimaninin ailəsi son günlərdə onun …
Ətraflı oxu »İranın BMT-dəki nümayəndəsi: “Uranı zənginləşdirmək bizim hüququmuzdur”
GADTB: İranın BMT-dəki nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İslam Respublikası istənilən ədalətli və mənalı danışıqları alqışlayır, lakin “sıfır zənginləşdirmə” siyasətində israr etmək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvlərinin qanuni hüquqlarına ziddir. Əvvəlcədən müəyyən edilmiş siyasətlərin zorakı tətbiqi ədalətli danışıqlar demək deyil və İran təzyiq və hədə-qorxuya təslim …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi