Şənbə , Avqust 1 2026
azfa

Gündəlik Arxivlər: İyul 31, 2026

Təbriz İnqilab Məhkəməsi “Traxtur” tərəfdarı Tohid Xadimini 10 ildən çox həbs cəzasına məhkum edib

GADTB: Azərbaycanın “Traxtur” futbol komandasının Qoşaçaylı tərəfdarı Tohid Xadimi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən il saxlanılmış, 23 gün həbsdə qaldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, məhkəmə Tohid Xadimini “milli təhlükəsizliyə qarşı əlbir olmaq” ittihamı …

Ətraflı oxu »

Müvəqqəti həbs müddəti başa çatsa da, üç azərbaycanlı fəalın qanunsuz saxlanılması davam edir

GADTB: Müvəqqəti həbs qətimkan tədbirinin bir aylıq müddəti başa çatmasına baxmayaraq, azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi hələ də hüquqi statusları müəyyənləşdirilmədən həbsdə saxlanılırlar. İş üzrə müstəntiq Həsən Kərimi bundan əvvəl bildirmişdi ki, bir aylıq həbs müddəti başa çatdıqdan sonra qətimkan tədbiri girovla əvəz olunacaq və onların …

Ətraflı oxu »

SEPAH terror təşkilatı Hörmüz boğazında iki neft tankerinə hücum etdiyini açıqlayıb

GADTB: SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib ki, cümə günü səhər saatlarında Hörmüz boğazında iki neft tankerinə hücum həyata keçirib. SEPAH həmçinin tankerlərdən birində baş verdiyi iddia olunan yanğını əks etdirən görüntülər yayımlayıb. Bəyanatın yayılmasına baxmayaraq, indiyədək dəniz təhlükəsizliyi və beynəlxalq dəniz daşımalarına nəzarət edən heç bir beynəlxalq təşkilat …

Ətraflı oxu »

ABŞ və İsrail İranın quru yolları ilə mühasirəyə alınması planını nəzərdən keçirir

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır ki, ABŞ və İsrail İranın idxal-ixrac marşrutlarını və quru ticarət yollarını məhdudlaşdırmağı nəzərdə tutan planı müzakirə edirlər. Məlumata görə, planın həyata keçirilməsi İranın qonşu ölkələrinin, o cümlədən İraq və Pakistanın əməkdaşlığını tələb edir. Bu çərçivədə həmin ölkələrdən İranla sərhəd-keçid məntəqələrini bağlamaq və ya …

Ətraflı oxu »

Mərhum Saleh Mollaabbasinin ailəsi Əhərdə mərhumun xatirəsinə 3 məhbus azadlığa qovuşdurub

GADTB: Mollaabbasi ailəsi humanitar təşəbbüs göstərərək mərhum mühəndis Saleh Mollaabbasinin anım mərasimi üçün nəzərdə tutulan xərcləri Əhər rayonunda qeyri-qəsdən törədilmiş cinayətlərə görə həbs olunmuş üç məhbusun azadlığa buraxılmasına sərf edib. Əhər Məhbuslara Dəstək Cəmiyyətinin yaydığı məlumata görə, bu xeyriyyə aksiyası mərhumun xatirəsini əziz tutmaq, bağışlama, həmrəylik və ehtiyacı olan insanlara …

Ətraflı oxu »

Azərbaycan və Orta Asiya ölkələri başçılarının Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirilir

GADTB: Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir. Azərbaycanın v ə Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gedib.

Ətraflı oxu »

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq edib

GADTB: ABŞ Xəzinədarlıq Departamenti İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb. Məlumata görə, Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiya siyahısına 10 qurum və 8 neft tankerini əlavə edib.  Sanksiya tətbiq edilən qurumlardan 6-sı Çin və Honkonqda yerləşir. Bu addım SEPAH-ın ballistik raketlərlə ABŞ-nin bölgədəki …

Ətraflı oxu »

Qərbi Azərbaycanda kürd terrorizminin tarixi saxtalaşdırma iddiaları və vilayət rəsmilərinin susqunluğu

GADTB: Qərbi Azərbaycan vilayətində terrorizmi dəstəkləyən qruplar Urmiyanın Bozlusinə turizm bölgəsində yeni lövhə quraşdıraraq ərazinin tarixi ilə bağlı saxtalaşdırma cəhdinə əl atıblar. Yerli mənbələrin bildirdiyinə görə, Qərbi Azərbaycanda fəaliyyət göstərən terrorçu qruplarla əlaqəli şəxslər vilayət və Urmiya şəhər rəsmilərinin susqunluğu fonunda ərazidəki əvvəlki lövhəni sökərək onun yerinə fərqli məzmunlu yeni …

Ətraflı oxu »