Şənbə , Oktyabr 17 2026
azfa

ABŞ və İsrail İranın quru yolları ilə mühasirəyə alınması planını nəzərdən keçirir

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır ki, ABŞ və İsrail İranın idxal-ixrac marşrutlarını və quru ticarət yollarını məhdudlaşdırmağı nəzərdə tutan planı müzakirə edirlər.

Məlumata görə, planın həyata keçirilməsi İranın qonşu ölkələrinin, o cümlədən İraq və Pakistanın əməkdaşlığını tələb edir. Bu çərçivədə həmin ölkələrdən İranla sərhəd-keçid məntəqələrini bağlamaq və ya malların hərəkətinə geniş məhdudiyyətlər tətbiq etmək istənilə bilər.

Bildirilir ki, bu təşəbbüs İran limanlarına qarşı tətbiq olunan dəniz blokadasının davamı kimi gündəmə gəlib. Digər məlumatlara əsasən, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu son günlər İranın quru ticarət marşrutlarının kəsilməsi variantını da müzakirə ediblər. Bununla belə, hələlik bu məsələyə dair yekun qərar və ya İranın qonşu ölkələri ilə rəsmi razılaşma açıqlanmayıb.

Qəzet qeyd edir ki, qonşu dövlətlərin dəstəyi olmadan belə bir planın həyata keçirilməsi ciddi siyasi və praktik çətinliklərlə üzləşə bilər. Çünki İranın xarici ticarətinin əhəmiyyətli hissəsi İraq, Türkiyə, Pakistan və digər qonşu ölkələrlə olan quru sərhədləri vasitəsilə həyata keçirilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …