Cümə axşamı , Oktyabr 15 2026
azfa

21 Azər hərəkatının ildönümü ilə bağlı Sulduz və Urmiyada mədəni aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “21 Azər” hərəkatı və 1946-cı ildə Cənubi Azərbaycan Milli Hökumətin qurulmasının ildönümü münasibətilə Qərbi Azərbaycan əyalətinin Sulduz və Urmiya şəhərlərində mədəni aksiya keçirilib.

Həmin gün münasibətilə Sulduzda uşaqlar arasında kitablar paylanılıb, Urmiyada isə vərəqələr çap edilərək divarlara yapışdırılıb..

Azərbaycan türkcəsində “Azərbaycan xalq nağılları” kitabı Arazın hər iki tayında olan xalq nağıllarını ehtiva edir.

Qeyd edək ki, “21 Azər” hərəkatının ildönümü ilə bağlı Güney Azərbaycanın müxtəlif bölgələrində kitablar paylanıb və posterlər çap edilərək yayılır.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …