Çərşənbə axşamı , Aprel 14 2026
azfa

26 Azər mədəni soyqırım günü ilə bağlı Ərdəbildə uşaqlara türk dilində kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Pəhləvi rejiminin 26 Azərdə türkcə kitabları yandırmaqla mədəni soyqırım törətdiyi münasibətilə azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə uşaqlara türk dilində kitablar payladılar.

Aszərbaycanlı fəallar uşaqlar və yeniyetmələr çox sayda türk dilində nəşr olunan kitablar paylamaqla, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılması və Azərbaycana qarşı mədəni söyqırımın törədilməsinə etirazlarını bildiriblər.

Bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …