GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya, Təbriz və s. Azərbaycan şəhərlərində azərbaycanlı milli fəallar 26 Azər – irqçi fars rejimin Güney Azərbaycanda türkcə kitabları yandırmasının ildönümü münasibətilə uşaqlara türk dilində çap edilmiş kitablar paylayıblar.
Azərbaycanlı milli fəallar 1946-cı ildə Pəhləvi ordusunun Azərbaycan türkcəsində yazılmış əsərləri yandıraraq, məhv etməsinin ildönümündə “Güney Azərbaycanda kitab yandırma günü”ndə türkcə kitablar paylayıblar.
Təbrizdə, Ərdəbildə, Urmiyada və digər azərbaycan şəhərlərində azərbaycanlı fəallar bu aksiyaya qatılmaqla irqçi fars rejimin müstəmləkə siyasətinə etirazlarını bildiriblər.