GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 60-dan çox təbrizli mədəni fəal Paşinyanın Tehranın Ararat İdman Kompleksində Azərbaycanla bağlı təxribatını bəyanat və müraciət yaymaqla pisləyiblər.
Bəyanatda ermənilərin bu hərəkətinin islam cümhuriyyətinin siyasəti və ölkə rəhbərinin mövqeyinə qarşı olduğu bildirilib.
Bəyanatı təbrizli jurnalistlər, aktyorlar, rəssamlar, yazıçı və şairlər və s. mədəni fəallar imzalayıblar. Bəyanatı imzalayanlar bu qərəzli hərəkəti kəskin şəkildə qınayaraq, İranın xarici işlər nazirindən səbəbkarların cəzalandırılmasını tələb ediblər.
Bəyanatın sonunda Dağlıq Qarabağın islam dünyasının ayrılmaz hissəsi kimi Azərbaycana aid olduğuna təkid edilib.
Mədəni fəallar həmçinin rejimin xarici işlər naziri Zərifə də məktub yazıblar.
Qeyd edək ki, Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüşündə Azərbaycana qarşı təxribar törədib, “Qarabağ Ermənistandır, Son” şüarı yazılmış banner açıblar. Onlar həmçinin qondarma Qarabağ Respublikasının bayrağını qaldırıblar.