GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar 8 noyabr Zəfər Günü münasibəti ilə Təbriz şəhərinin küçələrinə poster yapışdırıblar.
Onlar həmçinin divar yazıları ilə Azərbaycanın Zəfər Gününü qutlayıblar.
Azərbaycanlı fəalların çap edib divarlara yapışdırdığı posterlərin üzərində “Zəfər bayramınız qutlu olsun!”, “Qarabağ Azərbaycandır!”, “Aandır arzulara hər zamana Qarabağ, Danışar dil-dodağın tar, kaman Qarbağ, Qarabağ can Qarabaq ana yurdum”, “Yolumuz Qurtuluşdur” və “Azadlıq, Ədalət, Milli Hökumət” və s. ş yazılıb.
Azərbaycanlı fəallar Güney Azərbaycanda beləliklə Azərbaycanın Zəfər Gününü qeyd ediblər.