Şənbə , Noyabr 14 2026
azfa

Culfada təbiət qoruğunda yanğın baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Culfa bölgəsinin Kiyaməki təbiət qoruğunda yanğın baş verib.

Culfa bölgəsinin Ətraf Mühiti Mühafizə İdarəsinin sədri Əlirza Qocayi bununla bağlı açıqlama verib.

O, yanğınsöndürmə texnikası və avadanlıqlarının çatışmadığına görə, yanğının söndürülməsində yerli əhalinin əsas rol oynadığını deyib.

Qocayi hadisənin insan amili və müdaxiləsi nəticəsində meydana gəldiyini və bu barədə araşdırmalar aparıldığını söyləyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl baş verən yanğın nəticəsində qoruğun 30 hektarı ərazisi yanaraq məhv olmuşdur.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …