Şənbə , Sentyabr 19 2026
azfa

Təbrizli rabitə işçiləri etiraza qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya şirkətinin işçiləri davamlı olaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar iyul ayının 24-də yenidən Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya Şirkətinin Təbrizdəki mərkəzi ofisinin qarşısına toplaşıblar.

etirazçı işçilər əmək haqlarının ödənilməməsinə, sığorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

Qeyd edək ki, azərbaycanlı təqaüdə çıxmış rabitə işçiləri iyulun 23-də də oxşar aksiya keçirib, təqaüdlərinin artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …