Bazar , Noyabr 29 2026
azfa

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən edir. Buna əsasən, üzvlərdən birinin ərazi bütövlüyünə və ya sərhədlərinə hücum edilməsi digər iki üzv üçün müəyyən öhdəliklər yaradacaq.

Pakistanın müdafiə naziri bildirib ki, Səudiyyə Ərəbistanı və Türkiyə ilə yaxın vaxtlarda imzalanmış “Müştərək Məkkə Müdafiə Paktı”, krallıq daha çox təcavüzlə üzləşəcəyi təqdirdə işə salına bilər.

Asim Munir qeyd edib ki, İslamabad vəziyyətin paktın müddəalarının tətbiq edilə biləcəyi həddə yaxınlaşdığını düşünür.

O vurğulayıb: “Düşünürəm ki, [paktın işə salınması üçün tələb olunan] vəziyyət artıq yaranıb və əgər bu şərait daha da gərginləşərsə, şübhəsiz ki, biz — həm Türkiyə, həm də Pakistan — sözlə, əməldə və diplomatik baxımdan Səudiyyə Ərəbistanının yanında olacağıq.”

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …