Cümə , Sentyabr 18 2026
azfa

Etirazçılar Banqladeşdə devrilən hakimiyyətin izlərini silməyə çalışır- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Banqladeşdə etirazları qətliamla yatırmaqda aciz qalıb ölkədən qaçan baş nazir və onun ailəsindən qalan bütün izlər etirazçılar tərəfindən silinir.

Banqladeşdə etirazçılar bu ölkənin qurucusu və ilk prezidenti Şeyx Mucib ər-Rəhmanın heykəlini dağıdıblar. Banqladeşin qurucu atası kimi Şeyx Mucib əl-Rəhman bu ölkənin müstəqilliyinin və milli kimliyinin simvolu hesab olunurdu.

Onun qızı Şeyx Hasina bir neçə müddət Banqladeşin baş naziri olub, totalitar və diktatura sistemi qurub. Lakin qəzəbli əhalinin kütləvi etirazlarını qətliamla da vboğa bilməyən baş nazir ölkədən qaçmağa məcbur olub.

Bunun ardənca isə Banqladeşdə parlament də buraxılıb.

APA xəbər verir ki, bu barədə “Respublika” telekanalı xəbər verir.

Bu barədə qərarı Prezident Məhəmməd Şahabuddin imzalayıb. Prezident ofisinin xəbərinə görə, qərar ölkə başçısının siyasi qüvvələr, tələbə hərəkatının nümayəndələri, vətəndaş cəmiyyəti və ordu rəhbərliyi ilə görüşlərindən sonra verilib.

Video:

https://t.me/GADTB1/36586

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …