Cümə axşamı , Noyabr 19 2026
azfa

Molla rejimi qonşu ölkələri hədələdi

GADTB: İrqçi fars-molla rejimi qonşu ölkələrə xəbərdarlıq edib ki, ABŞ onların ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə davam edərsə, Tehran həmin dövlətlərə zərbələr endirməyi əsaslı hesab edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Nazirlik region dövlətlərini ABŞ-nin hərbi əməliyyatlarının öz ərazilərində planlaşdırılmasının, hazırlanmasının və həyata keçirilməsinin qarşısını almağa çağırıb.

Bəyanatda iddia olunub ki, Tehran indiyədək qonşu ölkələrə hörmət əlaməti olaraq “maksimum təmkin” nümayiş etdirib. İran XİN-in sözlərinə görə, bu ölkələrin ərazisinə endirilən zərbələr yalnız ABŞ-nin hərbi bazalarını və aktivlərini hədəfə alıb, regional hökumətlərin özlərinə isə zərər vurulmayıb.

Həmçinin yoxlayın

BMT Baş Assambleyasında “İranda insan hüquqlarının vəziyyəti” adlı qətnamə qəbul edilib

GADTB: Çərşənbə günü, 27 aban tarixində BMT Baş Assambleyasının Üçüncü Komitəsi “İran İslam Respublikasında insan …

GADTB-dən Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı təşəkkür məktubu

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı …