Çərşənbə , Noyabr 18 2026
azfa

Pezeşkian sənəndəcdən olan kürdə yüksək vəzifə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məsud Pezeşkian İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərinin keçmiş millət vəkili Calal Calalizadəyə yüksək vəzifə verib.

İslahatçı siyasətçi kimi tanınan Calalizadə Etnik qrupların, dinlərin və konstitusiyanın icrası işləri üzrə Prezident müavini təyin edilib.

Bundan öncə isə Pezeşkian Kermanşahdan olan kürdü vəzifəyə təyin etmişdi.

Pezeşkianın həmin təyinatı da azərbaycanlıların narazılığına səbəb olub.

Onlar Pezeşkianın ürklərin təyinatında ehtiyatlı davrandığın tənqid ediblər.

Qeyd edək ki, Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan bu günə kimi daha çox fars miliyyətindən olan islahatçı siyasətçilərin vəzifəyə gətirilməsinə üstünlük verib.

Bu da azərbaycanlılar və azərbaycanlı siyasətçilərin narazılığına səbəb olub.

Həmçinin yoxlayın

İsrail ordusu İrana qarşı yeni müharibəyə hazırlaşır

GADTB: İsrailin “Ynet” xəbər saytı bildirib ki, İsrail ordusu İranla yenidən hərbi qarşıdurmaya hazırlaşır. Lakin …

İrana bağlı terrorçu “Kətaib Hizbullah” Cərf əs-Səxri tərk etməkdən imtina edir

GADTB: İraqda İslam Respublikasına bağlı terrorçu qruplaşma olan “Kətaib Hizbullah” əsas bazasının yerləşdiyi Cərf əs-Səxri …