Cümə axşamı , May 14 2026
azfa

Tehrana təyyarə hissələri satan İran əsilli amerikalı həbs edildi

GADTB:Dünən ABŞ Ədliyyə Nazirliyi İran əsilli Amerika vətəndaşı Cefri Şans Nadirin həbs edilidyini və ona qarşı Tehrana təyyarə_hissələri satmağa cəhd göstərməkdə günahlandırılaraq ittiham aktının verildiyini açıqlayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi bununla bağlı bəyanat yayaraq, Kaliforniyada yaşayan 66 yaşlı İran əsilli şəxsin ABŞ_sanksiyalarını pozduğunu vurğulayıb.

Bildirilib ki, Cefri Nadir və onun adamları ABŞ-də istehsal olunan 4 növ təyyarə hissəsini qanunsuz olaraq İrana ixrac ediblər. Bu təyyarə hissələri hərbi qırıcılarda, o cümlədən Amerika istehsalı olan F-4 təyyarələrində istifadə olunur.

Nazirlik qeyd edib ki, İran əsilli amerikalı 2023-cü ildən bəri Kaliforniyada yerləşən “Pro Aero Capital” adlı şirkət vasitəsilə ABŞ şirkətlərindən təyyarə almaq üçün İrandakı iş ortaqları ilə koordinasiyada olub. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …