Cümə , Avqust 21 2026
azfa

Azərbaycan azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımını genişləndirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. Bildirilib ki, iclasda 2 məsələ müzakirə olunub.

İlk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz kənd” radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunmuşdur. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …