Cümə , Oktyabr 16 2026
azfa

Tanınmış alim və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu dəfn edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müsavat Partiyasından Azərbaycan Milli Məclisinə namizəd olmuş tanınmış alim və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu dəfn edilib.

Tarixçi-professor Nəsiman Yaqublu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində torpağa tapşırılıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu professor idi. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasında həlak olub.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …