Bazar , Noyabr 29 2026
azfa

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi ilə bağlı etiraz aksiyası keçiriblər.

Aksiyada paniranist cərəyana mənsub və molla rejimin əlaltısı olan bir qrup şəxs Azərbaycanda hicaba qadağa qoyulduğunu iddia ediblər. Onlar dini bayraq və simvollar daşıyıb, habelə, üzərində “Hicab Allahın əmridir!” və “Hicaba azadlıq!” şüarları yazılmış pankartlar qaldırıblar.

Etiraz aksiyasının təşkilində Təbriz Cümə Namazı Qərargahı və Xomeyni Məscidi Xeyriyyə Fondunun dəstəyi olub. Tədbirin təşkilatçılarından biri də Azərbaycana qarşı tənqidi mövqeyi ilə tanınan ermənipərəst, ikiüzlü iranlı ekspert Ehsan Movəhhediyandır.

https://t.me/GADTB1/60194

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …