Cümə axşamı , İyun 25 2026
azfa

Azərbaycanlı etirazçı hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı etirazçı Milad Armun hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

2022-ci ilin sentyabrından İranda başlayan xalq etirazları zamanı həbsə atılan və Kərəcin Qızılhisar zindanında saxlanılan azərbaycanlı gənc Milad Armun hələ də qeyri-müəyyən vəziyyətdə həbsdədir.

Saxta ittihamlarla tutulan etirazçının məhkəmə işinin istintaqı Prokurorluqda aparılır.

Qeyd edək ki, 2022-ci il noyabrın 3-də Milad Armun və onunla birlikdə daha üç gənc yarıhərbi və radikal “Bəsic” qüvvələrinin üzvünü öldürməkdə günahlandırılıb. Azərbaycanlı etirazçı həbs olunarkən və ondan sonrakı dövrdə davamlı işgəncələrə məruz qalıb.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …