Şənbə , Noyabr 14 2026
azfa

İran mediası Azərbaycana qarşı

GADTB: İranın “8Sobh” internet saytı Zəngəzur dəhlizi ilə bağlı anti-Azərbaycan məzmunlu “İslam Respublikası Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur kimi istənilən dəhlizin əleyhinədir” başlıqlı qərəzli yazı dərc edib.

Sitat: “Ruslar İranın haqlı mövqeyindən xəbərdardırlar. Ona görə də onların son mövqeyi təəccüb doğurur. Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanmasına və İranın qonşularının sayını 15-dən 14-ə azalmasına səbəb olacaq. Rusiya Xarici İşlər Nazirliyi illüziyaya qapılıb. O, bu “xəyali” dəhlizdən istifadə etməklə Ermənistanla problemini həll edə biləcəyini düşünür. İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və bölgədə geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq şəkildə qarşı olduğunu dəfələrlə bəyan ediblər”. / Azad Iran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …