Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal təkadamlıq kameraya saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxladığı azərbaycanlı milli fəal Hüseyn Pirini təkadamlıq kameraya salıb.

Azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan sonra rejimin məmurları milli fəal Hüseyn Piri sentyabrın 2-də təkadamlıq kameraya salıblar.

Azərbaycanlı milli fəala aclıq aksiyasını dayandırmaq üçün təzyiq göstərilib, o, bundan imtina etdiyi üçün başqa məhbuslardan təcrid olunub.

Qeyd edək ki, Hüseyn Piri fevralın 6-da başqa bir neçə fəalla birgə həbs edilərək Evin həbsxanasına köçürülüb.

O, “hökumətə qarşı təbliğat” və “daxili və xarici təhlükəsizliyi pozmaq üçün əlbir olmaq”da günahlandırılıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …