Urmiya gölünün suyunun rənginin dəyişməsinin səbəbi müəyyən edilib

GADTB: Qərbi Azərbaycan Ətraf Mühitin Bataqlıq Ərazilərinin Mühafizəsi və Bərpası İdarəsinin rəisi Urmiya gölünün suyunun rəngində ötən illərdə də dəyişikliyin olduğunu bildirib və deyib: Yüksək temperatur və gölün səthindən yüksək buxarlanma səbəbindən Urmiya gölündə duz xoşlayan bakteriyaların aktivliyi yüksəlir və gölün suyu dəyişir.

Eyni zamanda Urmu gölünün quruması ilə mövcud zəhərli maddələrin qatılığı da artır.

Bölgə əhalisinin həyatını təhdid edən bu zəhərlərdən biri də arsendir.

Arsen turşusu xərçəng (dəri, ağciyər, sidik kisəsi), ürək problemləri, dəri xəstəlikləri, sinir zədələnməsi, həzm problemləri və zəifləmiş immunitet sistemi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilən zəhərli elementdir.

 Arsen turşusu ilə çirklənməyə uzun müddət məruz qalmaq son dərəcə təhlükəlidir və ondan qorunmaq lazımdır.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …