Şənbə , Sentyabr 19 2026
azfa

Ərdəbildə yeni təhsil ilinin başlanması ilə bağlı vərəqələr paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal yeni təhsil ilinin başlanması ilə bağlı vərəqələr paylayıblar.

Həmçinin Ərdibilin ictimai yerlərinə həmin vərəqələr yapışdırılıb.

Azərbaycanlı fəalların yaydığı vərəqələrdə yazılıb: “İranda yeni thsil ilinin başlaması qeyri-fars uşaqların milli kimliyi və ana dillərinin aradan aparılması günüdür”.

Azərbaycanlı fəallar həmin vərəqələrdə, azərbaycanlıları milli kimliklərini, ana dilini və mədəni irslərini qorumağa çağırıblar.

Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili Günü, 26 Azər Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir. Həmçinin azərbaycanlı fəallar məktəblilərə türkcə kitablar paylayırlar.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildir ki, bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …