Cümə , Oktyabr 9 2026
azfa

Azərbaycanlı fəal Abdullah Sadiqian saxlanılaraq Təbriz həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Abdullah Sadiqian bir həftə əvvəl saxlanılaraq Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Bildirilir ki, Abdullah Sadiqiyan 1404-cü ilin dey ayında Təbriz şəhərində keçirilən etirazlar zamanı saxlanılıb və Təhlükəsizlik İdarəsində 20 gün həbsdə qaldıqdan sonra girov müqabilində azadlığa buraxılıb.

Bu mədəni fəal iki həftə əvvəl məhkəməyə çağırılıb. Ötən həftə məhkəməyə müraciət etdikdən sonra saxlanılaraq Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Abdullah Sadiqiana qarşı irəli sürülən ittihamlar arasında “ölkənin təhlükəsizliyinin pozulması, təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşma və əlbir olmaq, İran İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq, İslam müqəddəslərinə təhqir, habelə ölkənin təhlükəsizliyini pozmaq məqsədilə insanları bir-birinə qarşı müharibə və qırğına təhrik və təşviq etmək” göstərilir.

Qeyd edək ki, Abdullah Sadiqian bir iş üzrə 6 ay, digər iş üzrə isə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …