Şənbə , Noyabr 14 2026
azfa

Türkiyənin müdafiə naziri Bakıya səfər edib

GADTB: Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.

Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …