Çərşənbə axşamı , İyul 28 2026
azfa

Təbrizli jurnalistin ittihamları ilə bağlı məhkəmə keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Təbriz şəhərində dini heyətdə münaqişə xəbərini dərc edən təbrizli jurnalist Fatimə Qalipurun məhkəməsi oktyabrın 19-da keçiriləcək.

Xanım Qalipur X sosial şəbəkəsində Təbriz məhkəməsindən çağırış vərəqəsinin alındığını xəbər verərək, yazıb: “Məhkəməyə gəlmək üçün bildiriş aldım. Bu bildirişə görə, mən ayın 19-da mühakimə olunmalıyam

“Təbrizdə əza mərasiminə hücum” xəbərini dərc etdiyinə görə!

Mən bilmirdim ki, bu şəhərdə vəzifə borcumu yerinə yetirdiyim üçün məni məhkəməyə çəkəcəklər!”

Bu Təbrizli müxbir özünün Təbrizdə rejimin Təhlükəsizlik Polisi tərəfindən döyülməsi barədə daha əvvəl məlumat paylaşmışdı.

Qeyd edək ki, jurnalist Fatimə Qulipur Gəncəli Təbrizdə əzadarlıq mərasiminə hökumət qüvvələrinin hücumu və orada baş verən münaqişəni işıqlandırmasından sonra Təbriz şəhər prokuroru Məhbub Əlilu tərəfindən məhkəmədə barəsində cinayət işi açılacağı ilə hədələnmişdi.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …