Təbrizin “Səhənd” kombayn zavodunun işçiləri bir neçə aydır əmək haqqı almırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Səhənd” kombayn zavodunun işçiləri bir neçə aydır əmək haqqı almırlar.

Azərbaycanlı işçilər əmək haqlarının bir neçə aydır ödənilmiədiyinə görə işi dayandıraraq etiraz aksiyası keçiriblər.

İşçilərin bildirdiyinə görə, əmək haqlarının verilməməsi ilə yanaşı sığorta hüquqları da pozulub və zavod rəhbərliyi  narazı işçiləri qovmaqla hədələyib.

İşçilər həmçinin deyiblər: “Təxminən 20 il öncəyə kimi bu zavodda 500 nəfər çalışırdı. Müxtəlif problemlər səbəbindən onların əksəriyyəti işdən çıxarıldılar və hazırda yalnız 50-55 işçi qalıb. Az sayda işçinin də əmək haqqı uzun və bir neçə aylıq gecikmələrlə ödənilir”.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …