Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Hərbi ekspert Rusiyanın Şimalı qafqazdan dağılma prosesinin başladığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib ki, artıq Rusiyanın dağılması prosesi başlayıb.

Onun fikrincə, Rusiyada “şoklar” Şimali Qafqazda başlaya bilər.

Hərbçi xüsusən də Rosqvardiyanın kolonuna naməlum şəxslərin Qroznı yaxınlığında hücumunu xatırladıb:

“Rusiyada azadlıq mübarizəsi başlayıb. İlk növbədə söhbət İçkeriya, İnquşetiya və Dağıstandan gedir. Bu, o respublikalardır ki, orada həm Rusiya daxilində, həm də onun hüdudlarından kənarda azadlıq orduları var. Bu proses bir ildən artıqdır ki, davam edir. Bu azadlıq ordularının bir hissəsi 2014-cü ildən bizim ərazimizdə ruslara qarşı döyüşür”.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …