Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı xanım fəalın məhkəməsi səbəbsiz ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı xanım fəalın məhkəməsi səbəbsiz ləğv edilib.

Rəşt şəhərinin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədinin məhkəməsi heç bir səbəb olmadan ləğv edilib.

Xanım fəalın məhkəməsi noyabrın 14-də Rəşt şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsində baş tutmalı idi. Bildirilib ki, bu Şərifə Məhəmmədiyə qarşı psixoloji təzyiq formasıdır.

Şərifə Məhəmmədini müdafiə edən üçün təşkil edilən kampaniya bu ədalətsiz prosesin dərhal bitməsini, məhdudiyyətlərin aradan qaldırılmasını və onun qeyd-şərtsiz azadlığa buraxılmasını istəyib.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …