Cümə , Sentyabr 18 2026
azfa

İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib

GADTB: İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasına dair qətnamə layihəsinin əleyhinə səs verib.

Səsvermədə 131 ölkə qətnamənin lehinə, 36 ölkə əleyhinə səs verib, 21 ölkə isə bitərəf qalıb. Qətnamə əleyhinə səs verən digər ölkələr arasında ABŞ, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Yəmən, Suriya, Qətər və Şimali Koreya da var.

Qeyd olunub ki, qətnamədə insan ləyaqətinə hörmət və insan hüquqlarının inkişafı vurğulanıb, ancaq İran ölkələrin öz daxili qanunlarını müəyyən etmək üçün suveren hüququ olduğunu əsas gətirərək bunu rədd edib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …