Şənbə , Noyabr 23 2024
azfa

Molla rejimin günahsız yerə həbs etdiyi Yusf kari 300 milyonlik girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı fəal Yusif Kari 300 milyon tümənlik girov qarşılığında Ərdəbil zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəalın daha öncə zaminə buraxılması üçün 100 milyon tümənlik vəsiqə təyin edilib, lakin daha sonra isə bu qərar dəyişdirilib.

Qeyd edək ki, əvvəllər həbs edilən və iki il həbs cəzası çəkən Yusif Karinin iş və iqtisadi fəaliyyətinə təhlükəsizlik qüvvələri tərəfindən qadağa qoyulmuşdu. O, öz qazancıcı alver vasitəsilə təmin edirdi.

Yusif Kari bir neçə həftə öncə küçədə satıcılıq etdiyi üçün polis qüvvələri tərəfindən saxlanmışdı. O, həbs edildiyi zaman yoldan keçənlərə səslənərək deyib ki, “hökumət mənim oğurluq etməyimi istəyir, mənim satıcılıq edərək pul qazanmağıma mane olur”. Eyni zamanda, gənc fəal polis bölməsində zorakılığa məruz qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı tərəfdarlar Təbrizin stadionunda milli şüar səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı tərəfdarlar Təbrizin stadionunda milli şüar səsləndiriblər. …

Ermənistanın Hindistandan aldığı ATAGS-lər sıradan çıxdı

GADTB: Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb. Bu barədə …