Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı yeniyetmə qıza həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 13-dən 17 yaşlı azırbaycanlı yeniyetmə Nigar Dəbbaği molla rejimin qüvvələri tərəfindən həbs edilərək, Təbriz zindanında həbsdə saxlanılır.

Məlumata görə, Baharıstan Peşə Kollecinin öyrəncisi olan Nigar Dəbbaqiyə qarşı Təbriz İnqilab Məhkəməsi tərəfindən “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq etmək”, “İslam müqəddəslərini təhqir etmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “ölkə rəsmilərini və məmurları təhqir etmək”, “ölkənin ali rəhbərini təhqir etmək” kimi ittihamlar irəli sürülüb.

Bildirilib ki, onun ittihamnaməsində “müttəhimin peşman olmaması” da vurğulanıb. Qeyd olunub ki, güneyli astma xəstəliyindən əziyyət çəkir və yaxınları onun zindanda ağır şəraitdə saxlanıldığından narahatdırlar. Hüquq müdafiəçilərinin sözlərinə görə, Nigar Dəbbaqidən məcburi etiraf almaq istəyirlər və onun telefonunu da müsadirə ediblər.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …