Cümə axşamı , İyul 9 2026
azfa

Bəşar Əsədə müxalif qüvvələr bir çox strateji bölgələri azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə meyilli və Əsədə müxalif qüvvələr Hələb və Ədlibin ətrafındakı çox sayda strateji bölgəni azad ediblər. Artıq XanTumanın da azad edildiyi bildirilir.

Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən islamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib. Bu, onların 2020-ci ildən bəri ilk böyük əməliyyatıdır. Bu barədə “Bild” nəşri yazıb.

Nəşrin məlumatına görə, silahlı qruplaşmaların hücumu nəticəsində Hələbdən Xüms və paytaxt Dəməşqə gedən strateji M5 magistralı təhlükə altına düşüb.

“Döyüşlər İdlib əyalətinin Sarakib şəhəri yaxınlığında da başlayıb. Silahlılara 2017-ci ildə Əl-Qaidədən ayrılan “Həyat Təhrir əş-Şam” qruplaşması rəhbərlik edir”, – məlumatda qeyd olunub.

“Bild” yazır ki, islamçıların hazırkı hücumu nəticəsində öldürülənlər arasında Suriya ordusu tərəfində döyüşən keçmiş “Vaqner” özəl hərbi şirkətindən olan rus muzdluları da var.

Teleqram kanallarının məlumatına görə, əməliyyatlar zamanı öldürülən rus hərbçilərinin sayı 90-a yaxındır.

Qeyd edək ki, hazırda Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə “Təhrir əş-Şam”a qarşı hücuma keçdiyi və şiddətli döyüşlər getdiyi bildirilir. “Təhrir əş-Şam”ın “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət etdiyi barədə iddia yayılsa da, Türkiyə ekspertləri bunu təkzib edib.

Həmçinin yoxlayın

Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

GADTB: Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya …

Əsas müharibə meydanı Hörmüz boğazıdır; “Razılaşma əvvəlki gəmiçilik nizamını bərpa edə bilmədi”

GADTB: Tehran və Vaşinqtonun bir-birini son atəşkəsi pozmaqda ittiham etdiyi bir vaxtda, əsas qarşıdurmanın siyasi …