Cümə , Sentyabr 18 2026
azfa

Hafiz Əsədin məzarı dağıdılaraq yandırıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada keçmiş prezidenti ölkəyə 1971-2000-ci illərdə rəhbərlik etmiş Hafiz Əsədin məqbərəsi dağıdılaraq məzarı yandırıldı. Bu barədə “An-Nahar” qəzeti məlumat yayıb .

Məlumata görə, Latakiyada yerləşən məqbərədə Hafiz Əsədin həyat yoldaşı Anisa Maxlouf və 1994-cü ildə avtomobil qəzasında həlak olan böyük oğlu Basil də dəfn olunub.

Qəzetin yazdığına görə, yanğın törədənlərin üzləri maskalarla gizlədilib.

Qeyd edək ki, ötən gün Hafiz Əsədin Latakiyadakı məzarının dağıdıldığını əks etdirən görüntülər yayılmışdı.

Video:

https://t.me/GADTB1/39128

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …