GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı Təşkilatı 5 ildir ki, Makı şəhərindən olan azərbaycanlı körpə Çağrı Manasa doğum haqqında şəhadətnamə verməkdən boyun qaçırır.
Çağrı Manasın atası Sadeq Feyzullahnejad bununla bağlı “#Balamın_adı” kampaniyasına müsahibə verib.
Feyzullahnejad bildirib ki, övladı 2020-ci il iyulun 25-də dünyaya gəlib və ona Çağrı Manas adını seçiblər. Sadeq Feyzullah övladının adının mənasını izah edərək bildirib ki, doğum haqqında şəhadətnamə üçün Makı Vətəndaşlıq Qeydiyyatı İdaərsinə gedib, ancaq ona türk adına görə şəhadətnamə verilməyib.
Sadeq Feyzullahnejad həmçinin deyib: “İdarə rəsmiləri mənə məsələni məhkəmə yolu ilə həll etməyimi dedilər. Beş ildir övladımızın doğum haqqında şəhadətnaməsi yoxdur, bu uşağın peyvənd olunmasını da gecikdirir. Doğum şəhadətnaməsi olmayan insan necə ola bilər?”