Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı İşçi Hərəkatı fəalını mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı İşçi Hərəkatı fəalını mühakimə edib.

Rəştin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi dünən Tehran İnqilab Məhkəməsində mühakimə edilib.

Azərbaycanlı xanım fəal məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla bağlı özünü müdafiə edib.

Qeyd edək ki, Şərifə Məhəmmədi iyulun 4-də “müxalif qruplaşmaya üzv olaraq üsyan etmək”də günahlandırılaraq edama məhkum edilib. Ancaq apellyasiya şikayətindən sonra onun barəsində çıxarılan ölüm hökmü ləğv olunub.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …