Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın tümənə çevrilməsi üçün qanun layihəsi parlamentə təqdim edib.

Məsud Pezeşkian sürətlə ucuzlaşan İran rialını əvəz edəcək yeni milli valyutaya – tümənə keçidlə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Məlumata görə, pul islahatının tərkib hissəsi milli valyutanın 10 000:1 nisbətində denominasiyası olmalıdır. Bu gün deputatların müzakirəsinə təqdim edilən qanun layihəsi hələ 2019-cu ilin iyulunda, Həsən Ruhaninin ölkə prezidenti olduğu vaxtda hökumət tərəfindən təsdiqlənmişdi.

İran rəsmiləri hesab edirlər ki, denominasiya mümkün qədər tez həyata keçirilməlidir. Səbəb İran rialının bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsidir, dekabrın 19-da dollara nisbətdə tarixi minimuma – 1 dollar üçün 777 min riala düşüb. Eyni zamanda, İran Mərkəzi Bankının rəsmi məzənnəsi 2017-ci ildən faktiki olaraq dəyişməz qalıb – 1 dollar üçün 420 min rial səviyyəsində.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …