Bazar ertəsi , İyul 27 2026
azfa

Molla rejimi Ərdəbildə “casusluq”da təqsirləndirdiyi bir nəfəri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin SEPAH-ının kəşfiyyat qüvvələri dünən Ərdəbildə “casusluq” ittihamı ilə bir nəfəri saxlayıb.

Bildirilib ki, həbs edilən şəxs “qonşu ölkələrdən birinin kəşfiyyat xidmətinin təlimatlarını yerinə yetirməkdə” günahlandırılıb.

Terrorçu Sepah-ın bəyanatında bildirilib: “Keçirilən texniki-kəşfiyyat əməliyyatı zamanı casusluq etməyə və qonşu dövlətlərdən birinin kəşfiyyat xidmətinin ehtiyaclarını ödəməyə cəhd edən şəxs tutularaq ədliyyə orqanına təhvil verilib”.

Həbs edilən şəxsin kimliyi və hansı ölkəyə casusluq etdiyi barədə açıqlama verilməyib.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …