Cümə axşamı , Sentyabr 24 2026
azfa

Molla rejimin edam qətliamına qarşı zindanlarda aclıq aksiyası keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın Xoy, Urmiya, Sulduz, Ərdəbil, Salmas və Təbriz şəhərlərinin həbsxanaları ilə yanaşı İranın 30 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıblar.

“Edama yox Kampaniyası”nın yaydığı bəyanatda bildirilir ki, aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 24 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası 53-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 930-nun kimliyini müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …