
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi iki azərbaycan fəalı vəsiqə qarşılığında zaminə buraxılıblar.
“Sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan Səməd Heydəri və Rza Səlimi 1 milyard tümən girov qarşılığında zminə buraxılıblar.
Qeyd edək ki, Səməd Heydəri və Rza Səlimi, 23 yanvar 2025-ci ildən etibarən molla rejimin qüvvələri tərəfindən saxlanılmışdılar və girov qoyulması ilə Təbriz Mərkəzi Həbsxanasından azad edildilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi