Çərşənbə , May 6 2026
azfa

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı tərcüməçisi İbrahim Seyfderəxşani iddia edib ki, guya Azərbaycanda talış dili yox olmaq təhlükəsi ilə üzləşib.

Bir tərəfdən Azərbaycanla qonşuluqdan və dostluqdan ağız dolusu dəm vuran İran rəsmiləri və mediası Azərbaycanda milli-etnik zəmində qarşıdurma yaratmaqdan əl çəkmir. Belə ki, dövlət xəbər agentliyi olan IRNA sözügedən tərcüməçiyə istinadla yazır: “Talış dilində danışanların sayı hər gün azalır və bu dilin daşıyıcılarının danışıqları İran və Azərbaycan sərhədlərində daha az eşidilir”.

Qeyd etmək lazımdır ki, İran mediası öz əsl məkrli mövqeyini gizlətməyə çalışsa da, Azərbaycanda talış dilinin zəifləməsi puç iddiadan və ölkənin daxili işlərinə qarışmaq üçün bəhanədən başqa bir şey deyil./ Azad İran

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …