Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycanın “Traxtur” komandası Bəhreyn komandasını məğlub etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” komandası Bəhreyn komandasını məğlub edib.

Fevralın 11-də Asiya Çempionlar Liqasının 18-ci turunun ilk oyununda “Traxtur” komandası Bəhreynin “Əl-Xaldiyə” komandasına qalib gəlib.

Yerli vaxtla saat 17:30-da Behreynin paytaxtı Manamada keçirilən qarşılaşmada Təbriz təmsilçisi 2:1 hesabı ilə növbəti mərhələyə atlamaq şansını artırıb.

“Traxtur” və “Əl-Xaldiyə” arasında cavab matçı fevralın 18-də keçiriləcək və beləliklə 1/4 finala yüksələn komanda müəyyənləşəcək.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …